📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Hilton Baku" hotelində Azərbaycan motoklublarının strateji görüşü keçirilib

2026-02-14 19:12:34

Bu gün "Hilton Baku" hotelində Azərbaycan Motosiklet İdmanı Federasiyası tərəfindən təşkil olunan Azərbaycan motoklublarının prezidentlərinin strateji görüşü keçirilir.

Oxu.Az xəbər verir ki, görüş Bakının 2026-cı il üçün "World Capital of Sport" (Dünya İdman Paytaxtı) statusuna seçilməsi fonunda və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunur. Görüşün əsas məqsədi ölkədə motoidmanın inkişafını dəstəkləməkdir.

Əsas müzakirə mövzuları arasında Bakı və Azərbaycan tarixində ilk genişmiqyaslı motoparadın təşkili, beynəlxalq mototurlar, motosportun inkişafı və motoklublar arasında əməkdaşlığın gücləndirilməsi yer alır.