📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

HİMARS-lar Melitopolu vurdu: 100-dən çox ölü var

2022-08-08 11:38:00

HİMARS-lar Melitopolu vurdu: 100-dən çox ölü var

Ukrayna Silahlı Qüvvələri HİMARS sistemləri ilə Melitopolda rusların hərbi birləşmələrinin olduğu sənaye obyektlərinə zərbələr endirib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Melitopol meri İvan Fyodorov məlumat verib.

“Bu gecə yüksək dəqiqlikli HİMARS raketləri Melitopol şəhərinin sənaye obyektlərində yerləşən işğalçı qüvvələrin bazalarına zərbələr endirib. Düşmənin xeyli sayda hərbi texnikası və 100-dən çox canlı qüvvəsi məhv edilib”, - Fyodorov bildirib.