Hindistan Çinə qarşı son hazırlıqlarını tamamlamaqdadır
2021-ci il oktyabrın 27-də Hindistan Silahlı Qüvvələri 5000 km-dən çox məsafədə nüvə başlığı daşıya bilən "Agni-V" qitələrarası ballistik raketinin (ICBM) sınaq buraxılışını həyata keçirmişdi. "Agni-V" üç pilləli bərk yanacaq raketi ilk dəfə gecə vaxtı sınaqdan keçirilib. Bu həm də "Agni-V"nin bu il silah inventarına girməsindən bəri Hindistan Strateji Qüvvələr Komandanlığı tərəfindən ilk sınağı idi. Çinin əksər hissələrini, o cümlədən onun şimal hissəsini vurmağa qadir olan "Agni-V"nin uğurlu sınağı Hindistanın ilk kütləvi qırğın silahlarından istifadə etməmək prinsipinə əsaslanan "minimum çəkindirməni təmin etmə" siyasətinə uyğundur. Raket Odişa sahillərindəki Abdul Kalam adasından Benqal körfəzi istiqamətində buraxılmışdı və raketin uçuşu radarlar, yerüstü və dəniz optoelektronik izləmə sistemləri vasitəsilə izlənilmişdi.
Əslində bu o deməkdir ki, Hindistan silahlanma yarışına qoşulub ki, bu da Amerikanın “müharibə ərəfəsində tarazlıq”-yəni Çini Hindistanla tarazlamaq siyasətinə uyğun gəlir. Yeni Dehlinin bu istiqamətdə fəaliyyəti Çin üçün başağrısı yaratmağa qadirdir. Amerikalı ekspertlər qeyd edirlər ki, oktyabrın 16-da Çinin “Çançjen-5” hipersəs ballistik raketinin buraxılması qüvvələr balansını Çinin xeyrinə dəyişə bilər. Bundan əvvəl ABŞ ordusu Çinin strateji nüvə potensialında gözlənilən artım barədə xəbərdarlıq etmişdi. Yayınlanmış peyk görüntüləri Çinin yeni qitələrarası ballistik raketlər üçün şaxtalar (təxminən 110-dan 200-ə qədər) inşa etdiyini göstərdi.
Hindistanın yeni Agni-V"ni işə salması Çini zərərsizləşdirilməsə, müəyyən qədər “Çin təhlükəsi”ni neytrallaşdıracaq. Ümumiyyətlə, Hindistan silahlı qüvvələri Pentaqonun anti-Çin strategiyasında mühüm yer tutur. 2020-ci ilin sonuna olan məlumata görə, Hindistan silahlı qüvvələrinin tərkibində 1,455,500 nəfər var idi və hərbi xərclərə görə Hindistan 60,5 milyard dollarla dünyada 5-ci yerdədir. Hava qüvvələri ehtiyatı 535 min nəfərdir. Müxtəlif hərbiləşdirilmiş birləşmələr (1535 min nəfər) var. Hindistan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır. Onlar 4730 tank və zirehli BTR, 2119 təyyarə, 2 təyyarədaşıyan gəmi, 17 sualtı qayıq və 150-dən çox nüvə başlığı ilə silahlanıblar. Hindistan Silahlı Qüvvələrinin sərəncamında 21 hərbi peyk (rabitə, naviqasiya, kəşfiyyat) var.
Əgər Hindistan ABŞ-ın tərəfində olsa, o zaman Pekin ən müasir silahlara malik olsa belə, ciddi problemlərlə üzləşəcək. Ən azı bu şəraitdə Çinin anti-Çin bloku üzərində hər hansı hərbi üstünlüyündən söhbət gedə bilməz.
ABŞ-ın Asiya-Sakit okean regionunda işğalçı planlarına effektiv müqavimət göstərməyin əsas yolu Hindistanın anti-Çin qüvvələrlə fəal əməkdaşlığının qarşısını almaqdır. Çox şey Pekinin mövqeyindən asılıdır. O Yeni Dehlinin qarşısında qollarını cingildətməyi dayandırmalı, amma ilk addımı atıb dialoqa başlamalıdır. Yoxsa nəinki qızışmaqda olan silahlanma yarışı qaçılmazdır, həm də Yer kürəsində bütün həyatı məhv olmaq həddinə çatdıra biləcək nüvə müharibəsi ehtiamlı çoxdur.
Ülviyyə, Hurriyyet.az