📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hindistan G7 toplantısında və Ukrayna ilə bağlı konfransda iştirak edəcək

2024-05-20 17:42:36

Hindistan G7 toplantısında və Ukrayna ilə bağlı konfransda iştirak edəcək

Hindistanın baş naziri Modi bildirib ki, ölkəsi İsveçrədə keçiriləcək G7 toplantısında və Ukrayna ilə bağlı konfransda iştirak edəcək.

Kreml üçün bu, əhəmiyyətsiz işarətdir, çünki Hindistan təkcə bir milyardlıq əhali və yeddilikdə Rusiyanın yerini tutmaq perspektivi ilə sürətlə böyüyən yeni qlobal oyunçu deyil, həm də Rusiyanın BRİCS-də “tərəfdaşıdır”. 

İndi Çin problemlə üz-üzədir - İsveçrə konfransında iştirak edib-etməmək üsərində baş sındırır, çünki Hindistan onun əsas strateji rəqibidir və çinlilərə açıq şəkildə onu nəzarətsiz buraxmaq sərfəli deyil.

Bu konfransda açıq şəkildə aparıcı ölkələrin iştirakını minimuma endirməyə çalışan Kreml ərəb dünyasında müəyyən uğurlar əldə edib və BRİCS tərəfdaşlarının dəstəyinə arxalana bilər. Amma indi qeyri-müəyyənlik yaranır. Bu konfrans üçün birbaşa əks planları olan Zelenski üçün Hindistanın qərarı pəncərədə işıqdır.

Ülviyyə, Hurriyyet.az