Hindistan ilə Şri-Lankanın gəmiləri toqquşdu - ölən var
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Hindistanın Xarici İşlər Nazirliyi gəmilərin toqquşması zamanı dənizçinin həlak olması ilə əlaqədar Şri-Lanka səfirinə etirazını bildirib. Bu barədə məlumat nazirliyin açıqlamasında verilib: "Katçateyev adasından 5 dəniz mili şimalda Şri-Lankanın hərbi gəmisinin Hindistanın balıqçı gəmisi ilə toqquşması barəsində bu gün səhər məlumat verilib. Gəminin göyərtəsində olan dörd nəfər hindistanlı balıqçıdan biri təəssüf ki, həlak olub, digəri isə itkin düşüb. Balıqçıların ikisi xilas edilərək Kankesanturae sahilinə çatdırılıb. İtkin balıqçının axtarışı davam edir".
Şri-Lankanın Nyu-Dehlidəki səfiri vəzifəsini icra edən diplomat bu gün səhər Hindistan XİN-ə çağırılıb və ona insidentlə bağlı kəskin etiraz bildirilib. Hindistanın Kolombodakı səfiri də bu məsələni Şri-Lanka rəhbərliyi qarşısında qaldırmağa hazırlaşır.
Hindistan ilə Şri-Lanka arasındakı sularda balıq tutulması və balıqçıların saxlanılması məsələsi iki ölkə arasındakı münasibətlərdə daimi problemə çevrilib.
Hürr Tərcüman