Hindistan Kanadaya bir həftə möhlət verdi
2023-10-03 12:22:28
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Hindistan Kanadaya 10 oktyabr tarixində qədər təqribən 40 diplomatının geri qaytarılmalı olduğunu bildirib və bunun üçün bir həftə möhlət verib.
Yeni Dehli Ottavaya 10 oktyabr tarixinə qədər möhlət verib.
Hindistanın yaydığı 40 terrorçunun adının olduğu siyahıda adı olan separatçı Sih təşkilatının başçısı Hardeep Singh Nijjar iyunun 18-də Kanadada vurularaq öldürülüb. Kanadanın Baş naziri Castin Trudeu Nijjarın öldürülməsinin arxasında Yeni Dehli hökumətinin olduğunu iddia edib. Bu səbəbdən iki ölkə arasında diplomatik böhran yaranıb.
Hürr Tərcüman