📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hindistan öz vətəndaşlarını təcili Ukraynanı tərk eləməyə çağırdı

2022-10-25 11:31:00

Hindistan öz vətəndaşlarını təcili Ukraynanı tərk eləməyə çağırdı

Hurriyyet.az xəbər verir ki, Hindistanın Xarici İşlər Nazirliyi Ukraynadakı vətəndaşlarını bu ölkəni mümkün qədər tez tərk eləməyə çağırıb.

“Economic Times” nəşrinin verdiyi xəbərə görə, Hindistan XİN-in təmsilçisi Arindam Baqçi belə bir çağırışla Ukraynadakı Hindistan vətəndaşlarına müraciət edib.

Səfir Ukraynadakı diplomatik nümayəndəliyə müvafiq təlimat göndərib. Təlimatda Ukraynadan çıxmaq üçün mümkün yollar barəsində məlumat verilir. Hindistanlılara Macarıstan, Polşa, Moldova, Slovakiya və Rumıniya ilə sərhədlərdəki nəzarət-buraxılış məntəqələrindən istifadə eləmək təklif edilir.

Hürr Tərcüman