📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hindistan: “Putinin də iştirak etməsini istəyirik”

2023-01-25 16:16:00

Hindistan: “Putinin də iştirak etməsini istəyirik”

Hurriyyet.az xəbər verir ki, Hindistanın Baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putinin də Nyu-Dehli şəhərində keçiriləcək “Böyük iyirimilik” (G-20) sammitində iştirak etməsini istəyir. Rusiya mətbuatının yazdığına görə, bu barədə məlumatı Hindistanın Rusiyadakı keçmiş səfiri Bala Venkateş Varma verib.

Hindistan 2022-ci il 1 dekabr tarixindən başlayaraq, 2023-cü il 30 noyabr tarixinə qədər dövrdə G-20-yə sədrlik edəcək. Nyu-Dehlidəki sammit 2023-cü il 9-10 sentyabr tarixinə planlaşdırılıb.

Hürr Tərcüman