“Hindistan qətnamələri pozur” - Pakistanın müvəqqəti XİN başçısı
2023-09-22 14:41:23
“Hindistan BMT TŞ-nin gündəmində uzun müddətdir mövcud olan Kəşmirlə bağlı qətnamə də daxil olmaqla, BMT Təhlükəsizlik Şurasının əksər qətnamələrini pozub”.
Hurriyyet.az xəbər verir ki, bunu Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində TRT World-ə açıqlamasında Pakistanın müvəqqəti xarici işlər naziri Cəlil Abbas Gilani deyib: “Biz ədalətli və azad plebisit keçirilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsini istərdik və bu, baş vermədi”.
Cəlil Abbas Gilani bildirib ki, Kəşmir son bir neçə ildə həbsxanaya çevrilib. Orada kütləvi insan haqları pozuntuları baş verir. Buna dünya ictimaiyyəti biganə qalmamalıdır.
“AzPolitika.info”