📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hindistan sərhədində 6 bal gücündə zəlzələ oldu

2023-11-04 00:34:14

Hindistan sərhədində 6 bal gücündə zəlzələ oldu

Hindistan-Nepal sərhədində 6 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Nepalın 9 min nəfərə yaxın əhalisi olan Cumla şəhərindən 36 kilometr Cənub-Şərqdə və təxminən 182 min nəfərin yaşadığı Hindistanın Bəhraiç şəhərindən 166 kilometr Şimal-Şərqdə yerləşib.

Məlumata görə, Hindistanın paytaxtı Yeni Dehlidə də binalar silkələnib. \\Axar.Az