📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hindistan sülh danışıqlarında iştirak edəcək

2023-08-03 21:46:00

Hindistan sülh danışıqlarında iştirak edəcək

Hindistan Ukraynadakı müharibənin başa çatdırılması məqsədilə bu həftə sonu Səudiyyə Ərəbistanında keçiriləcək sülh danışıqlarında iştirak edəcək.

Hindistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Arindam Baqçi ölkəsinin sammitdə iştirak edəcəyini təsdiqləyib, lakin hansı rəsminin iştirak edəcəyi barəsində məlumat verməyib.

Qeyd edək ki, sammitdə ABŞ, Braziliya, Cənubi Afrika və digər ölkələrin iştirakı gözlənilir.\\Ölkə.az