Hindistanda döyüş təyyarələri qəzaya uğradı
2023-01-28 14:51:00
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Rusiya istehsalı Su-30 və Fransanın Miraj-2000 qırıcı təyyarələri Madhya-Pradeş ştatında qəzaya uğrayıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə “Ani” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, təyyarələr təlim üçün Madhya-Pradeşdəki Qvalior aviabazasından havaya qalxıb.
Hazırda qəza yerində xilasetmə əməliyyatları aparılır. Pilotların vəziyyəti və qəzanın səbəbləri barədə hələlik məlumat verilmir.
axar.az