📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hindistanda əkiz qüllələr partladıldı - VİDEO

2022-08-30 00:26:00

Hindistanda əkiz qüllələr partladıldı - VİDEO

Hindistanın paytaxtı Nyu-Dehlinin şəhərətrafı bəlgəsində 103 metrlik əkiz qüllələr partladılıb.

Buna səbəb göydələnlərin qanunsuz olaraq tikilməsidir.  

Göydələnlərin tikintisini həyata keçirənlər yerli hakimiyyət orqanlarından tikintiyə icazə almayıblar. Bu səbəbdən də binalar tikildikdən sonra orada məskunlaşma olmayıb və tikililər tərk edilmiş vəziyyətdə qalıb.

Qüllələrin partladılmasına dörd ton partlayıcı istifadə olunub. Partlayışdan əvvəl yaxınlıqdakı evlərin sakinləri, eləcə də tərk edilmiş binalarda yaşayan itlər təxliyə ediliblər.

Manşet.az