Hindistanda güclü zəlzələ oldu
2023-08-14 19:46:00
Hindistanda 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 55,2 min nəfərin yaşadığı Kərimqanc şəhərindən 21 km şimal-qərbdə yerləşib. Mənbə 35 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. \\Redaktor.Az