Hindistanda havanın çirklənməsi rekord həddə çatdı – məktəblər bağlandı
Hurriyyet.az BBC kanalının türk redaksiyasına istinadən xəbər verir ki, Hindistanın paytaxtı Dehli şəhərində havanın çirklənməsi səbəbindən orta və ali məktəblərin bağlanması barəsində qərar verilib.
Hava fişənglərinin qadağan edilməsinə rəğmən, noyabrın 4-də keçirilən Divali festivalında fişəng atılmasından sonra Dehlidə yaranan duman təbəqəsi ortadan qalxmayıb.
Hindistanın Konstitusiya Məhkəməsi ştat rəhbərliklərinə və federal hökumətə bununla bağlı tədbir görmələri barəsində xəbərdarlıq edib.
Dehlidə 11 kömür stansiyasından sadəcə 5-i işləyir. Yük maşınlarının Dehli və çevrə bölgələrinə daxil olmasına icazə verilməyəcək.
Avtomobildən istifadənin yaratdığı çirkliliyi azaltmaq üçün şirkət işçilərinin 50 faizinin evdən işləməsi təklif edilib.
Dehlinin havasında ağciyərlərə yağışan, PM2.5 adlanan hissəciklər Ümumdünya Səhiyyə Təşkilatının müəyyənləşdirdiyindən (50-100 arası) çox üstündür (400 və ondan artıqdır).
Çikaqo Universitetinin Enerji Siyasəti İnstitutunun araşdırmasına görə, Hindistan qlobal hava çirklənməsinin artmasında da ən böyük rolu oynayan ölkələrdən biridir və bu problem hər il bir milyondan artıq insanın ölümünə səbəb olur.
Hürr Tərcüman