Hindistanda körpü uçdu: Yüzlərlə ölü və yaralı var - Video
2022-10-31 10:04:00
Hindistanın qərbindəki Qucarat ştatında üzərində 500-ə yaxın insan olan asma körpü uçub.
Hurriyyet.az xəbər verir ki, NDTV-nin yaydığı məlumata görə, nəticədə 141 nəfər ölüb.
Qeyd olunub ki, indiyədək 177 nəfər xilas edilib, itkin düşənlərin axtarışları davam edir.
Xilasedicilərin fikrincə, qurbanların sayı hələ də arta bilər.
yeniavaz.com