Hindistanda meymunlar insan öldürdülər
2023-03-07 15:50:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Hindistanın Telenqana ştatının Kamareddi vilayətindəki kəndlərdən birində yaşayan Çatrabayna Narsavva adlı 70 yaşlı qadın 20 meymunun hücumuna məruz qaldıqdan sonra ötən şənbə günü xəstəxanada həyatını itirib.
Yerli mətbuatın yazdığına görə, qonşular meymunlardan qorxduqları üçün zəif və yaşlı qadının imdadına yetişməyiblər, meymunlar qaçana qədər qapılarını bağlayıb gizləniblər.
Açıqlamada qadının meymunların hücumu zamanı yerə yıxıldığı, bu zaman başının zədələnməsinin onun ölümünə səbəb olduğu bildirilir.
Qeyd edək ki, Hindistanda vaxtaşırı bənzər hallar baş verir.
Hürr Tərcüman