📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hindistanda sutka ərzində 36 nəfər leysan və ildırımın qurbanı olub

2022-09-24 14:30:00

Hindistanda sutka ərzində 36 nəfər leysan və ildırımın qurbanı olub

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Hindistanda bir sutka ərzində leysan yağışlar və ildırım vurmaları nəticəsində 36 nəfərdən artıq insan həyatını itirib.

Yerli hakimiyyətin nümayəndələrinin açıqlamasına görə, ölkənin şimalındakı Uttar Pradş ştatında 24 nəfərə yaxın sakin davamlı yağışların törətdiyi daşqınların evləri yıxması səbəbindən həlak olub. Elə həmin ştatın 12 sakini isə ötən sutka ərzində ildırım vurmasından həlak olub. Son beş gün ərzində Uttar Pradeş şttından ümumilikdə 39 nəfər ildırımın qurbanı olub.

Hürr Tərcüman