Hindistanda zəlzələ
2023-12-18 15:49:34
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Hindistanın şimalında yerləşən Ladax bölgəsində 5,7 bal gücündə zəlzələ baş verib. ABŞ Seysmik Araşdırmalar Mərkəzinin məlumatına görə, zəlzələnin ocağı Ladaxın Padum rayonundan 30 km cənub-qərbdə, yerin 36,3 km dərinliyində olub. İlkin məlumata görə, dağıntı və tələfat yoxdur.
Hürr Tərcüman