📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hindistandan Belarusla bağlı açıqlama: 2024-cü ildə...

2023-07-04 17:42:00

Hindistandan Belarusla bağlı açıqlama:  2024-cü ildə...

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Hindistanın Xarici İşlər naziri Vinay Mohan Kvatra Belarus dövlətinin Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması prosesinin 2024-cü ildə yekunlaşacağını bəyan edib.

Nazir təşkilatın sammitinin nəticələrinə həsr edilmiş brifinqdə deyib: “Belarusun birləşməsi prosesi 2024-cü ildə ŞƏT-in sammitində başa çatacaq”. Onun sözlərinə görə, ŞƏT üzvü olan dövlətlərin rəhbərləri bu gün Belarusun təşkilata birləşməsi öhdəlikləri memorandumunu rəsmən təsdiqləyiblər.

Şanxay Əməkdaşlıq Təşkilatının əsası 2001-ci ildə qoyulub. Hazırda Hindistan, İran (təşkilata 2023-cü il iyulun 4-də qəbul edilib), Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Pakistan, Tacikistan və Özbəkistan bu təşkilatın üzvüdürlər.

Hürr Tərcüman