Hindistandan nüvə həmləsi – Çini yerlə bir edə bilər
2021-10-28 13:16:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Çin ilə sərhəddə gərginliyi olan Hindistan 5 000 km mənzilə malik Agni-V qitələrarası ballistik raketi uğurla sınaqdan keçirib. Agni-V raketinin bütün Çin ərazisini vura biləcəyi iddia edilir.
Çin ilə Hindistan arasındakı Himalay dağlarının əhatə elədiyi qeyri-müəyyən sərhəd xətti ölkələr arasında ərazi bütövlüyü çəkişmələrinə səbəb olur. Axar sular, göllər, buzlaqlar və qarlı zirvələrin olduğu 3500 kilometrlik sərhəd üzündən tərəflər arasında tez-tez gərginliklər baş verir.
Hürr Tərcüman