Hindistanın Baş naziri Kiyevə səfər edəcək
2024-08-19 11:10:42
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Hindistanın Xarici İşlər Nazirliyi respublikanın Baş naziri Harendra Modinin Ukraynaya səfər edəcəyi ilə bağlı xəbəri təsdiqləyib. Səfərin dəqiq tarixi açıqlanmayıb.
Mediada yayılan xəbərlərə görə, Baş nazirin avqustun axırında Kiyevə, Kiyevdən əvvəl isə Polşaya səfər edəcəyi gözlənilir.
Hürr Tərcüman