Hindistanın Baş naziri vasitəçilikdən imtina edib
2024-08-19 17:42:48
Hurriyyet.az xəbər verir ki, "Blumberq" nəşrinin verdiyi məlumata görə, Hindistanın Baş naziri Narendra Modi Kiyevə səfəri zamanı RF Prezidenti Vladimir Putinin ismarıcını Ukrayna Prezidenti Vladimir Zelenskiyə çatdıra bilər. Nəşr yazır ki, Hindistan hökumətinin başçısı müharibənin dayandırılmasında vasitəçilik etmək ehtimalını istisna edib, lakin Putin ilə Zelenski arasında xəbər aparmağa razılaşıb. Onun hansısa ismarıcı çatdırıb-çatdırmayacağı avqust ayında bəlli olacaq.
Məqalədə deyilir: "Modinin müharibənin başa çatmasında vasitəçi olmaq istəməməsi qismən də ucuz neft və silah məsələsində Hindistanın Rusiyadan asılılığı ilə bağlıdır".
Hürr Tərcüman