📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hindistanın Baş Qərargah rəisinin mindiyi vertolyot qəzaya uğradı

2021-12-08 13:34:00

Hindistanın Baş Qərargah rəisinin mindiyi vertolyot qəzaya uğradı

Hurriyyet.az TRT Haber kanalına istinadən xəbər verir ki, Hindistan Hava Qüvvələri Hindistanın Baş Qərargah rəisi general Bipin Ravatın içərisində olduğu vertolyotun Tamil Nadu vilayətində qəzaya uğradığını bildirib. 

TASS informasiya agentliyinin ANI agentliyinə istinad  elədiyi xəbərdə vertolyotda Qərargah rəisinin ailə üzvlərinin və köməkçilərinin də olduğu bildirilir.Hərbi vertolyotda ondan başqa daha üç nəfər yüksək rütbəli hərbçi olub. 

NDTV telekanalının məlumatına görə, qəza nəticəsində 4 nəfər həlak olub. Qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün təhqiqat aparılır. 

Hürr Tərcüman