Hindistanın kosmik gəmisi Ayın səthinə endi
2023-08-23 19:11:12
Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki,Hindistan Ayın cənub qütbünə kocmik gəmi endirən ilk ölkə olub.
“Blumberq” nəşrinin yazdığına görə, “Çandrayan-3” kosmik gəmisi avqustun 23-də Ayın səthinə enib.
Bəlli olduğu kimi, avqustun 20-də Rusiyanın “Luna-25”kosmik gəmisi Ayın eləhəmin rayonunda qəzaya uğramışdı. Hindistanın “Praqyan” adlı lunaxodu bir Ay günü ərzində Ay səthinin kimyəvi tərkibini araşdıracaq və su axtaracaq. Bir Ay günü Yerin 14 gününə bərabərdir.
Hindistan Çindən sonra Ayda işləyən texnikası olan ikinci ölkə oldu.
Hürr Tərcüman