Hindistanın Rusiya və ABŞ-la ikili oyunu yaxud pərdəarxası ikili işbirliyi...məqsəd Çinin qarşısına dikilməkdir
Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar qərb mediası jurnalistlərinin 11 aprel bazar ertəsi Ukrayna ətrafındakı vəziyyətlə bağlı bildirişlərini nəzərə almadı və Hindistanın öz davranış trayektoriyasını müstəqil seçdiyini açıqladı. “Deməliyəm ki, hər bir ölkə kimi Ukraynada baş verənləri izləyirik. Biz öz qənaətimizi və qiymətləndirmələrimizi edirik. İnanın, bizim maraqlarımıza nəyin uyğun gəldiyini, onları necə qoruyub təbliğ edəcəyimizi yaxşı başa düşürük”, deyə Cayşankar açqılama verib.
Bundan başqa, o, “Əl-Cəzirə” telekanalının müxbirinin Moskvanın xüsusi əməliyyatını pisləmək tövsiyəsini belə cavablandırıb: “İlk növbədə sualınızdakı məsləhət və təkliflərə görə təşəkkür edirəm.Mən öz bildiyim kimi etməyə və öz tərzimdə formalaşdırmağa üstünlük verirəm”, deyə Hindistan XİN rəhbəri bildirib.
Vaşinqtonda 2+2 formatında keçirilən mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken də iştirak edib. O, bildirib ki, ABŞ administrasiyası dünya dövlətlərinin hökumətlərinə Rusiya silahlarını əldə etməkdən imtina ilə bağlı müraciət edib. Bununla yanaşı, Blinken Rusiyadan S-400-lərin alınması ilə əlaqədar Hindistana qarşı potensial sanksiyalarla bağlı qərarın hələ verilmədiyini bildirib.
Bundan əlavə, Hindistanın müdafiə naziri Racinat Sinqx "Hindustan Times" qəzetinə eksklüziv müsahibəsində deyib ki, Hindistan və Rusiya "təbii müttəfiqlərdir", lakin bu münasibətlər ölkənin ABŞ ilə əməkdaşlığına mənfi təsir göstərmir.
Pentaqonun rəhbəri bildirib ki, ABŞ və Hindistanın hərbi idarələri bu il kosmosla bağlı məlumat mübadiləsinə, kiberməkanda əməkdaşlığı dərinləşdirməyə başlayacaq. ABŞ və Hindistan PUA-ların istehsalı üzrə birgə işləmək və Hərbi Dəniz Qüvvələri arasında əməliyyat əməkdaşlığını genişləndirmək barədə razılığa gəliblər.
Ülviyyə, Hurriyyet.az