Hindistanla Ukrayna arasında gərginlik - səfir XİN-ə çağırıldı
2024-07-16 10:03:47
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin çıxışından sonra Ukrayna səfiri iyulun 15-də Hindistanın Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə "Ekomomik Tayms" ("The Economic Times") nəşri mənbələrə istinadla məlumat verib.
Zelenski Hindistanın Baş naziri Narendra Modinin 8-9 iyul tarixlərində Moskvaya səfəri zamanı Rusiya lideri Vladimir Putin ilə görüşünü "sülh səylərinə sarsıdıcı zərbə" adlandırmışdı.
Nəşrin yazdığına görə, bu çıxışıla əlaqədar Hindistan Ukrayna ilə mədəni əlaqələrin inkişafı üzrə işçi qrupun birgə iclasını təxirə salıb.
Hürr Tərcüman