Hipermarketə hücum zamanı güllə yarası alan şəxsin vəziyyəti qənaətbəxşdir
2023-03-04 20:36:00
Bakıda hipermarketə hücum zamanı güllə yarası alan şəxs əməliyyat edilib.
Hurriyyet.Az xəbər verir ki, bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib.
Belə ki, 1990-ci il təvəllüdlü Şeydayev Ruslan Samir oğlu döş qəfəsinin deşilmiş yarası diaqnozu ilə mərkəzə yerləşdirilib.
O, cərrahi əməliyyat edildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti qənaətbəxşdir.