"Hizbullah" ölüm xəbərini təsdiqlədi
2024-07-09 19:12:30
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, "Hizbullah" təşkilatı öz komandirinin - Yasir Nimr Kornişin Suriyada həlak olması barəsində məlumatı təsdiqləyib. Lakin onun hansı şəraitdə həlak olması barəsində açıqlama verilməyib.
Bundan əvvəl İsrailin Hərbi Hava Qüvvələrinin Dəməşq-Beyrut istiqamətində gedən avtomobili PUA vasitəsi ilə vurduğu xəbəri yayılmışdı. "Şafaq nyus" portalının məlumatına görə, dron zərbəsi nəticəsində maşında olan şiə milisi komandiri Korniş həlak olub. Kornişin əvvəllər "Hizbullah" lideri Həsən Nəsrullahın şəxsi mühafizəçisi kimi xidmət elədiyi bildirilir.
Hürr Tərcüman