📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Hizbullah” döyüşlərə qoşulmamağa söz verib – Livan XİN başçısı

2023-10-09 13:29:24

“Hizbullah” döyüşlərə qoşulmamağa söz verib – Livan XİN başçısı

Livan hökuməti “Hizbullah”dan HƏMAS və İsrail qoşunları arasında gedən döyüşlərə qoşulmayacağına dair zəmanət alıb.

Hurriyyet.az İsrail KİV-nə istinadla xəbər verir ki, bu açıqlama ilə Livanın xarici işlər naziri Abdullah Buhabib çıxış edib.

Onun sözlərinə görə, “Hizbullah” rəhbərliyi bildirib ki, İsrail Livana “toxunmadıqca”, onlar döyüşlərdə iştirak etməyəcəklər.

Dünən səhər saatlarında İsrailin cənubunda döyüşlər davam edərkən, “Hizbullah” Livan sərhədindəki İsrail hərbi obyektlərinə minaatanlardan atəş açıb.

Rüfət

AzPolitika.info