“Hizbullah” İsrailə, İsrail də Livana atəş açıb
2023-10-11 13:34:39
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, İsrailin Müdafiə Ordusu tankəleyhinə raket atılmasına cavab olaraq Livanı atəşə tutduğunu bəyan edib. Bu barədə məlumatı “Tayms of İsrael” nəşri yayıb.
Raketin atılmasına görə məsuliyyəti “Hizbullah” qrupunun öz üzərinə götürdüyü bildirilir. “Hizbullah” da öz növbəsində bunun İsrailin 9 oktyabr tarixində endirdiyi zərbələr nəticəsində təşkilatın 3 nəfər üzvünün həlak olması ilə bağlı atdığı cavab addımı olduğunu bəyan edib.
İsrailin Müdafiə Ordusu yalnız “Hizbullah”ın zərbələrinə cavab olaraq atəş açıldığını bildirib.
Hürr Tərcüman