📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Hizbullah" İsrailə qarşı müharibənin yeni mərhələsinin başlandığını elan etdi

2024-08-01 19:53:53

Hurriyyet.az xəbər verir ki, "Hizbullah" İsrailə qarşı müharibənin yeni mərhələsinin başlandığını elan edib. Livandakı "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullah belə bir bəyanatla çıxış edib. 
O deyib ki, son günlərdə HƏMAS və "Hizbullah" liderlərinin qətlə yetirilməsi cəbhələri genişləndirib və möhkəmləndirib - artıq hərəkat Fələstin cəbhəsini dəstəkləməklə yanaşı, bütün cəbhələrdə açıq döyüşə keçir.
Nəsrullah İsraili qırmızı xətləri keçməkdə ittiham edib.  
Hürr Tərcüman