“Hizbullah” İsrailin hədəfində...
2023-10-21 09:10:04
İsrail ordusu “Hizbullah”ın Livandakı hədəflərinə zərbə endirib.
Hurriyyet.az-ın məlumatına görə, bu barədə ordunun mətbuat xidməti teleqramda məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri hazırda Livandakı “Hizbullah” terror qruplaşmasının hədəflərinə zərbələr endirir”, - bəyanatda deyilir.
Digər təfərrüatlar açıqlanmır.
Qeyd edək ki, oktyabrın 7-də Fələstinin HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağından hücumu nəticəsində çoxlu sayda insan həlak olub.
publika.az