📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Hizbullah" Livana azı 90 raket atıb

2024-06-12 12:09:38

Hurriyyet.az xəbər verir ki, İsrailin Müdafiə Ordusunun (SAXAL) məlumatına görə, "Hizbullah" döyüşçüləri bu gün səhər saatlarında İsrail ərazisinə azı 90 ədəd raket atıblar. Açıqlamada raketlərin əksəriyyətinin HMM vasitələri ilə dəf edildiyi, bəzilərinin isə yaşayış məntəqələrinə düşdüyü bildirilir. Bəzi ərazilərdə zərbələr nəticəsində yanğınlar baş verib. Qurbanlar və ya ciddi dağıntılar olub-olmadığı barəsində məlumat verilmir.
Qəzza sektorunda müharibə başlanandan bəri ilk dəfə Tveriya şəhəri atəşə tutulub.
Ehtimala görə, İsrailə gütləvi raket atəşi "Hizbullah" komandiri Taleb Abdullanın ötən axşam raket zərbəsi nəticəsinə həlak olmasına cavabdır. 
Hürr Tərcüman