Hizbullah və Əsəd muzdluları Avopaya getmək üçün Ukraynaya döyüşməyə gəlirlər-Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı
Rusiya Ukraynadakı müharibəyə Bəşər Əsəd və Hizbullah muzdlularını cəlb edir. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Rusiya Federasiyası Silahlı Qüvvələrinin komandanlığı şəxsi heyətin itkilərinin əcnəbilər hesabına ödənilməsi üçün tədbirlər görməyə davam edir. Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya qoşunları artıq Bəşər Əsəd və Hizbullah ordusunun döyüşçülərindən ibarət 1000-ə yaxın "könüllü" muzdlu toplayıb.
O da qeyd olunur ki, əcnəbi döyüşçülər üçün əsas tələb şəhərdə döyüş əməliyyatları təcrübəsinin olmasıdır. Eyni zamanda, məlumata görə, muzdluların məqsədi Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etmək deyil, "Ukraynaya ezamiyyət"dən Avropa ölkələrinə getmək fürsəti kimi istifadə etməkdir.
Ülviyyə, Hurriyyet.az