"Hizbullah"ın dronu Netanyahunun yataq otağının pəncərəsini vurub
2024-10-23 11:44:04
Hurriyyet.az xəbər verir ki, Livanda fəaliyyət göstərən "Hizbullah" hərəkatının dronu İsrailin Baş naziri Binyamin Netanyahunun iqamətgahının pəncərəsinə dəqiq zərbə endirib.
Bu faktı İsrailinin "Kan" radiostansiyası təsdiqləyib. İsrailin təhlükəsizlik xidmətindəki mənbənin kanala verdiyi məlumata görə, "PUA-nın zərbəsi dəqiq olub və evə ciddi zərər dəyib". Netanyahunun yataq otağının pəncərəsi zirehli olduğundan zərbənin gücü zəifləyib.
Zərbə zamanı İsrailin Baş naziri ilə həyat yoldaşı Sara evdə olmayıblar.
Radiostansiyanın məlumatına görə, oktyabrın 19-da "Hizbullah" Netanyahunun evinə 3 ədəd dron göndərib, lakin onlardan ikisi vaxtında dəf edilib.
Hürr Tərcüman