Hizbullahın lideri Nəsrullah İsraili hədələdi: "Kariş qaz yatağının istismarına icazə verməyəcəyik"
Hizbullahın baş katibi Həsən Nəsrullah İsraili hədələyib ki, Livan sularından Livan üçün qaz hasilatında “gecikmə” olarsa, Kariş qaz yatağının istismarına icazə verməyəcək. Nəsrullah deyib ki, o, İsrailin qaz platformasını vurmağa hazırdır.
Bu barədə cümə axşamı, fevralın 16-da axşam saatlarında “The Jerusalem Post” qəzeti məlumat yayıb. Hədə Nəsrullahın Hizbullahda “ikinci adam” İmad Muğniyənin aradan götürülməsinin 15-ci ildönümünə təsadüf edən çıxışında səsləndirilib.
“Livan sularından Livan üçün neft və qaz məsələsində gecikmə olarsa, biz İsrailə Kariş yatağından neft və qaz çıxarmağa davam etməyə icazə verəcəyik? Mən sizə deyirəm: bu heç vaxt olmayacaq. Əgər bizim livanlıların acından ölməsini istəyirsənsə, əvvəlcə səni öldürəcəyik. Mən deməzdən əvvəl yaxşı düşündüm", deyə Nəsrullah ritorik şəkildə soruşub.
Nəsrullah həmçinin ABŞ-a xəbərdarlıq edib ki, “Livan sahillərində neft və qaz hasilatı məsələsindən uzaq olsun”. “Amerikalılara deyirəm ki, Livanda təxribat törətmək istəsələr, daha çox itirəcəklər. Və ilk olaraq onların himayədarı olan İsrail əziyyət çəkəcək”, deyə Nəsrullah hədələyib.
Ülviyyə, Hurriyyet.az