📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hökümənin atasından 80 min oğurlayan şəxs SAXLANILDI

2025-01-18 23:41:37

Hökümənin atasından 80 min oğurlayan şəxs SAXLANILDI

Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs müəyyən olunub.

Bu barədə Hurriyyet.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

DİN-in Baş idarənin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü İsgəndərov Ayaz Aydın oğlu saxlanılıb.

Onun xarici ölkə vətəndaşları ilə əlaqələri müəyyən olunduğundan həmin şəxslər axtarışa verilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.