📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Hökumət hansı model qurmaq istəyir, ölkəni hara aparır?!" - NATİQ CƏFƏRLİ

2024-01-25 12:16:33

"Qərbdə üstünlük təşkil edən indiki mənasız, sol-faşist-liboş elitalar tarixə qovuşacaq"

"Az qaldı, Qərbdə üstünlük təşkil edən indiki mənasız, sol-faşist-liboş elitalar tarixə qovuşacaq, əsl Qərb dəyərləri, bazar iqtisadiyyatı tərəfdarları, rəqabətin vacib, insan azadlıqlarının böyük nemət olduğunu anlayanlar qalib gələcəklər, yeni dünya düzəninə doğru gedərkən əsl ümumbəşəri dəyərlər daşıyıcıları səhnəyə çıxacaq, dünyada hüquq, ədalət anlayışları öndə olacaq". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli deyib.

Politoloq qeyd edib ki, bu yeni yaranacaq paradiqmada ölkələrin öz yerini tapa bilməsi də vacibdir: "Qərbin indiki elitasında bir çoxunun içiboş olduğunu bildik, bəs Azərbaycanın özündən qaynaqlanan problemləri hara yazaq?! Qələbədən sonra hökumət niyə bu qədər sərtləşdi, nədən siyasi motivli təqiblər artdı – yaxşı, siyasi həbsləri qoydum kənara, niyə xalqa güzəştlər, iqtisadi fürsətlər vermək əvəzinə vergiləri, cərimələri artırmaq cəhdləri çoxaldı?! Nə səbəbə 4 ildir ki, quru sərhədləri bağlı saxlayıb ölkədə zatən zəif olan iqtisadi aktivliyi daha da azaltdılar?! Hanı məmləkətin "vizion" sənədi, biz hara gedirik, hara çatmaq istəyirik, xalq və dövlət olaraq yaxın 5,10,15,20,25 illik planımız nədir?! Hökumət hansı model qurmaq istəyir, ölkəni hara aparır?! Bu sulların cavabı bir kənara, suallar haqqında heç müzakirələr belə, yoxdur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az