📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hökumət vətəndaşlara daha çox yatmağı tövsiyə edib

2023-10-05 11:04:49

Hökumət vətəndaşlara daha çox yatmağı tövsiyə edib

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Yaponiyada hökumət yuxusuz qalan yetkin yaponlara bir gecədə azı 6 saat yatmağı tövsiyə edib. Yaponiya Səhiyyə, Əmək və Rifah Nairliyinin araşdırmasında ölkədə yaşayan kişilərin 37,5%-nin, qadınların isə 40,6 faizinin gündə orta hesabla 6 saatdan az yatdığı bəlli olub. Nazirlik bu həftə verdiyi açıqlamasında yuxu müddətinin və keyfiyyətinin yaxşılaşdırılması üçün yetkin yaşlı vətəndaşların bir gecə ərzində azı 6 saat yatmalarını tövsiyə edib.

Nazirliyin hesabatında yaş qruplarına görə optimal yuxu müddətləri əks olunub.

1-2 yaşlı uşaqların 11-14, 3-5 yaşlı uşaqların 10-13, ibtidai sinif şagirdlərinin 9-12, orta və ali məktəblərdə oxuyanaların isə 8-10 saat yatmalı olduqları bildirilir.

Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2021-ci il tarixli araşdırmasında Yaponiya əhalisinin orta hesabla sutkada 7 saat 22 dəqiqə yatdığı və bu rəqəmin 33 ölkə arasında ən aşağı rəqəm olduğu bəyan edilmişdi.

Mütəxəssislər gündə 7 saat yatanların depressiya, xərçəng, ürək çırpıntısı kimi problemlərdən daha az əziyyət çəkdiyini, yetkin insanların gündə 6-8 saat yatmalı olduğunu bildirirlər.

Hürr Tərcüman