📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hökümətdən təbii qazla bağlı VACİB QƏRAR: Yanvarın 1-dən ETİBARƏN…

2021-12-31 14:20:00

Hökümətdən təbii qazla bağlı VACİB QƏRAR: Yanvarın 1-dən ETİBARƏN…

Nazirlər Kabineti “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” qərarında dəyişiklik edib.

Hurriyyet.az xəbər verir ki, qərar daxili bazarda təbii qazın alqı-satqı əməliyyatlarını optimallaşdırmaq və bununla bağlı səmərəli idarəetməni təmin etmək məqsədi daşıyır. Müəyyən edilib ki, bu fəaliyyət üzrə “Azərkontrakt” ASC-nin illik dövriyyəsinin 0,5 faizinədək məbləğdə vəsait onun idarəetmə xərclərinə, o cümlədən maddi-texniki bazasının təkmilləşdirilməsinə, işçilərin əməyinin ödənilməsinə və digər formada maddi həvəsləndirilməsi məqsədlərinə, habelə ölkədə qaz təchizatı ilə əlaqəli proqnoz xarakterli tədqiqatların aparılmasına və müvafiq təkliflərin hazırlanmasına yönəldilir. Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.