Hörmüz boğazında tanker vuruldu
2026-09-22 12:24:58
Mayeləşdirilmiş neft qazı (LPG) daşıyan tanker Hörmüz boğazında hücuma məruz qalıb.
Hurriyyet.media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi məlumat yayıb.
Məlumata görə, tanker naməlum mərmi ilə vurulub, nəticədə gəmiyə ziyan dəyib. Heyət üzvləri xəsarət almayıblar.
Tankerin hansı ölkəyə məxsus olduğu barədə məlumat verilməyib.