📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

HÖRMÜZ YENƏ BAĞLANDI - Tramp “nüvə tozu” ilə hədələyir

2026-04-18 13:06:01

HÖRMÜZ YENƏ BAĞLANDI - Tramp “nüvə tozu” ilə hədələyir

Hörmüz boğazı ətrafında qeyri-müəyyənlik davam edir. ABŞ Prezidenti Donald Trampın ziddiyyətli bəyanatları isə vəziyyəti daha da mürəkkbləşdirir.

“AzPolitika” xəbər verir ki, İranın Mərkəzi Komandanlığı Trampın öhdəliklərini yerinə yetirmədiyini bildirib, buna görə də Hörmüz boğazı yenidən bağlanıb və keçid üçün Tehranın razılığı tələb olunur.

“Mehr” xəbər verir ki, bu qərar ABŞ tərəfindən dəfələrlə pozuntuların baş verməsi və “blokada adı altında piratçılıq” iddiaları ilə əsaslandırılıb.

Bu arada Tramp yenə qeyri-müəyyən bəyanatlar verib.

"Onlar (iranlılar) fərqli bir şey deməlidirlər, çünki razı salmalı olduqları insanlar var. Mən bunu olduğu kimi deyirəm. Əgər razılaşma əldə etməsək, nüvə tozunu fərqli bir formada - daha ziyanlı bir formada alacağıq", - deyə Tramp xəbərdarlıq edib.

Tramp deyib ki, əgər çərşənbə gününə qədər İranla razılaşma əldə edilməsə, Amerika ordusu bombardmanı davam etdirməyə məcbur ola bilər.