📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hörmüzdə bu gəmi vuruldu - SEPAH dedi, minaya düşüb, ABŞ dedi, mən vurmuşam

2026-10-11 16:50:49

Hörmüzdə bu gəmi vuruldu - SEPAH dedi, minaya düşüb, ABŞ dedi, mən vurmuşam

ABŞ ordusu Oman körfəzində İranın dəniz blokadasını pozmağa cəhd edən ticarət gəmisini sıradan çıxarıb.

Hurriyyet.net  xəbər verir ki, məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X hesabında paylaşıb: "ABŞ qırıcı təyyarəsi Panama bayrağı altında üzən M/V Ocean Molica (Arika Sun kimi də tanınır) yük gəmisinin arxa hissəsini dəqiq idarə olunan sursatla vuraraq onun hərəkət sistemini sıradan çıxarıb, heyətə zərər dəyməyib. Böyük yük gəmisi əvvəllər İran limanından yola düşmüşdü və regional sularda tranzit etməyə çalışırdı".

Komandanlığın məlumatına görə, iyulun ortalarında İrana qarşı blokadanı bərpa etdikdən bəri ABŞ ordusu dörd kommersiya gəmisini sıradan çıxarıb və daha 135 gəminin hərəkətinə imkan verməyib.

Qeyd edək ki, dünən SEPAH hadisəni Hörmüz boğazından onlarla razılaşdırmadan keçməyə çalışan tankerin minaya düşməsi kimi təqdim edib.