📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hörmüzdə qaz tankeri vurulub

2026-10-09 20:04:51

Hörmüzdə qaz tankeri vurulub

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) hərbi-dəniz qüvvələri Hörmüz boğazından keçməyə cəhd edən qaz tankerini vurub.

Hurriyyet.net  xəbər verir ki, bu haqda IRNA xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, bu, “MT Sunshine” adlı mayeləşdirilmiş qaz tankeridir.

Məlumatda qeyd edilir ki, tanker Hörmüz boğazının cənub hissəsində icazə verilməyən marşrutla hərəkət etməyə çalışarkən vurulub.

Qeyd edək ki, oktyabrın 9-na keçən gecə Hörmüz boğazının cənub hissəsində partlayışların baş verməsi barədə məlumatlar yayılıb. Neft tankerlərinin minalara düşdüyü ehtimal edilir.