📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hörmüzdə tanker minaya düşdü

2026-11-27 22:03:55

Hörmüzdə tanker minaya düşdü

Hörmüz boğazında bir neft tankeri minaya düşüb.

Hurriyyet.net  xəbər verir ki, bu haqda İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) hərbi-dəniz qüvvələrini bəyanatında bildirilib. 

“Hörmüz boğazında, Qanam adasının şimalında, qapalı marşrutla gizli şəkildə keçməyə cəhd edən iki neft tankerindən biri minaya düşüb; ikinci gəmi isə geri qayıtmağa məcbur olub”.

Ekipaj üzvləri arasında mümkün itkilər barədə heç bir məlumat verilməyib.