📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hörmüzlə bağlı razılığa gəldilər

2026-08-16 11:15:07

Hörmüzlə bağlı razılığa gəldilər

İran və Oman Hörmüz boğazı vasitəsilə gəmiçilik marşrutu ilə bağlı razılığa gəliblər.

Hurriyyet.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai açıqlama yayıb.

Bildirilir ki, bəzi məsələlərin müzakirəsi hələ davam etsə də, Tehran və Maskat Hörmüz boğazı vasitəsilə gəmiçilik marşrutu ilə bağlı razılıq əldə ediblər.

Qeyd edilir ki, İran və Oman Hörmüz boğazı vasitəsilə gəmiçilik hərəkətini bərpa etməyi nəzərdə tutan saziş üzrə danışıqlar aparırlar.