"Hraparak": Paşinyan Azərbaycana dəhliz verəcək
2023-06-01 17:15:00
Paşinyan Azərbaycana dəhliz verməkdən imtina etməyəcək. Bu barədə Ermənistanın “Hraparak” qəzeti Rusiya baş nazirinin müavini Overçukun sözlərinə istinadən məlumat yayıb. Overçukun bəyanatına görə, Ermənistan Naxçıvan Muxtar Respublikası, Sünik və Azərbaycandan keçməklə Rusiya Federasiyası, Aİ və İrana çıxmaq imkanı əldə edə bilər.
“Əliyevin tələb etdiyi dəhliz məhz budur, sadəcə olaraq o yol adlanacaq. Son günlər güc dairələrində deyilir ki, Paşinyan Azərbaycandan daha çox Rusiyanın tələb etdiyi dəhlizdən imtina edə bilməz. Amma ola bilsin ki, Paşinyan yolu qısa müddətə - cəmi 3 və ya 5 ilə verəcək”, deyə qəzet qeyd edir.
Ülviyyə, Hurriyyet.az