“Hraparak”: Paşinyan separatçıları Bakının bütün tələblərinə əməl eləməyə çağırıb
Hurriyyet.az xəbər verir ki, Ermənistanın “Hraparak” qəzeti anonim mənbələrə istinadla Baş nazir Nikol Paşinyanın qondarma “DQR”in buraxılması qərarının mətni ilə şəxsən tanış olduğunu yazıb. Nəşrin məlumatına görə, Paşinyan özü separatçıların başçısı Samvel Şahramanyanı 19-20 sentyabrda silahı yerə qoymağa və Azərbaycanın bütün tələblərini yerinə yetirməyə çağırıb.
Qəzet yazır ki, azərbaycanlılar Qarabağ ermənilərinin nümayəndələrinə qondarma “ordu”nun və bütün qondarma “dövlət institutlarının buraxılması”, silahların təhvil verilməsi tələblərini çatdıranda Şahramanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanla əlaqə saxlayıb. Abazyanın vasitəçiliyi ilə Şahramanyanın Paşinyanla bircə dəfə telefon danışığı olub. Baş nazir separatçı-terrorçuları Bakının bütün tələbləri yerinə yetirməyə və döyüşlərin Ermənistan ərazisinə keçməsinə imkan verməməyə çağırıb.
Hürr Tərcüman