"Hraparak” rus sülhməramlılarının qiymət cədvəli haqqında: Bir yük maşını min dollardır
"Hraparak” rus sülhməramlılarının qiymət cədvəli haqqında, daha doğrusu bir yük maşınının keçməsinin qiymətinin min dollar olması haqda yazı yazıb.
Bu günlərdə Caliber.Az yazmışdı ki, son günlər Azərbaycanın Qarabağ bölgəsinin Rusiya sülhməradamlı kontingentinin müvəqqəti məsuliyyət zonasında yerləşən ərazilərində RMK və hərbi qüvvələrin avtomobilləri və Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə qaçaqmalçılıq cəhdləri artıb.
Bu məlumatı bu gün Ermənistan KİV-i, xüsusən də “Hraparak”ın İrəvan nəşri təsdiqləyib.
“Bizə məlum olub ki, bəzi sülhməramlılar da Qarabağ “faciəsindən” pul qazanmağa başlayıblar və müvafiq ödəniş müqabilində yükün bir hissəsini daşıyırlar. Erməni iş adamları, xeyriyyəçiləri, Qarabağ əhalisinə zəruri malları çatdırmağa çalışan insanlardan bir maşında yük daşımaq üçün min dollara qədər pul alınır. Pulun məbləği dəyişir, onlar yükün qiymətindən və miqdarından asılı olaraq 20 min dramdan bir neçə yüz min dram-a qədər pul götürürlər”, deyə qəzet yazır.
Ülviyyə, Hurriyyet.az